Dünən baş tutan oyunlardan sonra Avropa Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər müəyyənləşib.

Rekord.az xəbər verir ki, 1/4 finalın ilk qarşılaşmalarından sonra Kostas Fortunis (Olimpiakos), Con Makqinn (Aston Villa), Hans Vanaken (Brügge) və Martines Kuarta (Fiorentina) dördlüyündən biri həftənin oyunçusu seçiləcək.

Qaliblər UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.