Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə təmsilçisi "Fənərbaxça"nın da rəqibi bəlli olub.

İstanbul klubu bu raundda “Yunion”la (Belçika) üz-üzə gələcək. 

Azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi Xortatiyanın "Dinamo" (Zaqreb) komandasına isə PAOK-a (Yunanıstan) rəqib olub.

Bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.

Konfrans Liqası
1/8 final mərhələsi

“Servett” (İsveçrə) - “Viktoriya” (Çexiya)
“Ayaks” (Niderland) - “Aston Villa” (İngiltərə)
“Molde” (Norveç) - “Brügge” (Belçika)
“Yunion” (Belçika) - “Fənərbaxça” (Türkiyə)
“Dinamo” (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan)
“Şturm” (Avstriya) - “Lill” (Fransa)
“Makkabi” (Hayfa, İsrail) - “Fiorentina” (İtaliya)
“Olimpiakos” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail)