İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə “Nyukasl”la 1:1 hesablı bərabərliyə razılaşan “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Rekord.az xəbər verir ki, nəticədən məmnun olmayan alman mütəxəssis bunları deyib:

“Nəticədən razı deyiləm. Ələ düşən şansı dəyərləndirə bilməsəz, qalib gəlməyiniz çətin olar. Oyunumuzda problem yox idi, sadəcə fürsətlərimizdən istifadə edə bilmədik. Bu matçda azı 1:0 hesabı ilə qalib gəlməli idik, amma bacarmadıq. Bu performansımızla növbəti oyunlarda qalib gələ bilərik.

2020-ci ildə çempionluğumuz istisna olmaqla, qalan hər şey çox çətin oldu. 2020-ci il bitdiyi üçün xoşbəxtəm”.