“Yayda millinin baş məşqçisi olmağa hazıram? Yox. Yaydan sonra? Yenə də yox”.

Rekord.az saytının məlumatına görə, bunu İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp deyib.

O, Almaniya millisini tərk edəcək Yoahim Lövü əvəzləməsi ilə bağlı ehtimallara aydınlıq gətirib: “Löv uzun illər yığmada əla işlər görüb. O, ən uğurlu məşqçilərdən biri olub. Başa düşürəm ki, o, AVRO-2020-də də parlaq çıxış niyyətindədir. Onu əvəzləməyə çox sayda yaxşı alman mütəxəssislər var. Adım namizədlər sırasında peyda olanda “yox” dedim. Mənim “Liverpul”la müqaviləmin 3 ili qalıb. Mən “Mayns” və “Borussiya”da da müqaviləmin sonunadək işləmişəm”.

Qeyd edək ki, Yoahim Löv Almaniya Futbol İttifaqından müqaviləsinə AVRO-2020-nin yaydakı final mərhələsindən sonra xitam verilməsini xahiş edib. Qurum anlaşması DÇ-2022-dən sonra başa çatacaq mütəxəssisin istəyini müsbət dəyərləndirib.