Klopp Almaniya millisinin baş məşqçisi olacaq?
- 10 Mar 2021 13:21
- 597
"Liverpul"un çalışdırıcısı Yurgen Klopp Yoahim Lövün istefasından sonra Almaniya millisini çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Rekord.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis deyib:
"Yayda Almaniya yığmasının məşqçisi olmağa hazıram? Yox. Bəs, yaydan sonra? Yox.
Yoahim Löv uzun illərdir ki, orada çox yaxşı işləyir. O, ən uğurlu təlimçilərdən biridir. Anlayıram ki, Avropada parlamaq istəyir və sonra bu işi başqası edəcək. Bir çox yaxşı Alman məşqçiləri var.
Sadəcə, seçimlər siyahısında adım görünəndən sonra "yox" dedim. Bu, həm yaya, həm də sonraya aiddir. Almaniya millisinin baş məşqçisi vəzifəsinə namizəd olmayacağam. "Liverpul"la müqaviləmin bitməsinə üç il var. Bu, sadə bir bəyanatdır. Bir müqavilə imzalayırsınız və sona qədər çalışmağa səy göstərirsiniz. Elə deyilmi?
"Maynz" və "Borussiya"da müqaviləmin sonuna qədər çalışdım. Hansı ki, mənimlə daha çox pulu olan digər Alman klubları maraqlanırdı. Burada sual sadəcə vaxt və puldur. Əgər bu nəticə vermirsə, onda vaxt itirməyə ehtiyac yoxdur.
Yoahim Löv üçün ən yaxşı əvəzləyicinin kim olacağı barədə danışacaq bir insan deyiləm. Hər kəs kimi bu xəbər məni çox təəccübləndirdi. Ancaq uyğun məşqçi tapmaq üçün çox vaxt var".
Qeyd edək ki, Yoahim Löv Almaniya Futbol İttifaqına Avro-2020-dən sonra vəzifəsindən ayrılmaq istədiyini bildirib.