Klopp barda işləməsindən danışdı
- 21 Mar 2020 16:52
- 640
“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Sky Sports” kanalına müsahibəsində gənclik illərindəki əmək fəaliyyətindən danışıb.
Rekord.az xəbər verir ki, 52 yaşlı alman mütəxəssis peşəkar futbolçu karyerasına başlayana qədər bir neçə yerdə çalışdığını söyləyib:
“Sənin pulun olmayanda kreativ olursan. Bir zamanlar kinoplyonkaların daşınması və çatdırılması ilə məşğul olan şirkətdə işlədim. Sonra universitetə daxil oldum. Dərsdən sonra isə barda işləməyə gedirdim”.