Klopp çalışdığı ən yaxşı futbolçunun adını açıqladı
- 18 Sen 2021 13:43
- 473
"Liverpul"un baş məşqçisi Yurgen Klopp birlikdə çalışdığı ən yaxşı futbolçunu seçib.
Rekord.az "Bild"ə istinadən xəbər verir ki, o, "Bavariya"nın hücumçusu Robert Levandovskini fərqləndirib: "Düzünü desəm, Levandovskinin əvəzinə başqa bir oyunçunun adını çəkmək ədalətsizlik olardı. O, öz potensialı sayəsində bu səviyyəyə yüksəldi".
Xatırladaq ki, Levandovski Kloppun rəhbərliyi altında 2010-2014 -cü illərdə "Borussiya"da (Dortmund) oynayıb və bundan sonra "Bavariya"ya keçib.