Klopp çempion elan olunmalarını deyir
- 20 May 2020 17:48
- 627
"Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Rekord.az xəbər verir ki, alman mütəxəssis Premyer Liqanın koronavirusa görə davam etdirilməyəcəyi halda, çempion elan edilmələrinin lazım olduğunu deyib:
"Mövsümün ləğv edilməsini istəyən insanlara rast gəlirik. Liqanın 76 faizi oynanılıb, siz bunu silmək istəyirsiz? Məncə, bu, ədalətsiz qərar olar. Turnir cədvəlində olduğu kimi, ev və səfər nəticələrində liderik. Bzim çempion elan edilməli olduğumuz mövsümdür".
Premyer Liqada 29 tur geridə qalıb. Yarışın turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. 2-ci yerdə qərarlaşan "Mançester Siti" "qırımızılar"dan 25 xal geridədir.