Klopp ərəblərin "Nyukasl"ı almasına münasibət bildirdi
- 16 Okt 2021 15:21
- 481
Ötən həftə Səudiyyə Ərəbistanı hökuməti bu klubun səhmlərinin 80 faizini aldığını elan edib. Daha əvvəl klubun sahibi milyardçı Mayk Eşli idi.
Rekord.az “The Telegraph”a istinadən xəbər verir ki, alman mütəxəssis bununla bağlı deyib:
“Əgər sırf futboldan danışsaq, əlbəttə, onlar uzun perspektiv üçün supergüc olacaqlar. Bildiyimə görə, “Nyukasl” bir ölkəyə məxsus olan üçüncü klub olacaq.
Əlbəttə, onlara yeni geniş imkanlar açılacaq. Bütün dünya Superliqanın yaradılmasından məyus olmuşdu.
İndi yenə superliqa var. Amma bir klubun timsalında. Yaxın 20-30 il üçün “Nyukasl”a böyük futbolda dominantlıq rolu hazırlanır.
Pulu düzgün olmayan istiqamətə də xərcləyə bilərlər. Amma futbolda yaxşı insanlar da var və “Nyukasl” onları tapacaq. Biz bu faktla barışmalıyıq”.