Klopp Рremyer Liqanın təqvimini cinayət adlandırdı
- 26 Dek 2019 17:43
- 888
Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının təqvimini tənqid edib.
Rekord.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bəzi komandaların yeni il öncəsi 48 saatda 2 matç oynamağını düzgün hesab etməyib: "Bu təqvim cinayətdir. Ayın 26-sı və 28-i oyun keçirməməlidir. Biz yeni il öncəsi ayın 26-ı və 29-u oynayacağıq. Təsəvvür edin, bu, bizim üçün tətil kimi olacaq. Bəzi komandaların 48 saat ərzindı iki oyun oynamasına səbəb yoxdur".
Klopp eyni zamanda edilən şikayətlərə məhəl qoyulmadığını söyləyib: "Biz nə istədiyimizi söyləyə bilərik, amma kimsə bizi dinləmir. Hər il bəzi komandalar 26 və 28 dekabrda oyuna çıxır. İdman elmi belə bu cür vəziyyətdə sizə kömək edə bilmir. Çünki orqanizmin yaxşı işləməsi üçün istirahətə ehtiyacı var. Bu elmdir. Amma biz buna belə məhəl qoymuruq".