Klopp Türkiyə ilə oyundan sonra Van Deykə niyə zəng edib?
- 11 Sen 2021 17:47
- 518
"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubun Niderland millisində çıxış edən futbolçusu Vircil Van Deykə DÇ-2022-nin seçmə mərhələsində Türkiyə ilə matçdan (6:1) sonra zəng edib.
Rekord.az xəbər verir ki, bu barədə alman mütəxəssis klubun saytına açıqlamasında deyib. Klopp sözügedən görüşdə zədələnən 30 yaşlı müdafiəçinin durumundan narahat olduğu üçün ona zəng etdiyini bildirib:
"Vircilin yaşadığı durum mənim üçün çox qorxuducu hadisə idi. Səbəbini təxmin edə bilərsiniz. Matçdan sonra ona yaxşı olub-olmadığı ilə bağlı mesaj göndərdim. Mənə yaxşı olduğunu söylədi. Ondan axsıyaraq gəzmədiyini göstərən video istədim. Mənə zəng edib, yaxşı olduğunu dedi. "O zaman niyə axsıyırsan?" dedim. "Həyat yoldaşım da sənin kimi hərəkət edir, amma yaxşıyam" söylədi".
Qeyd edək ki, Van Deyk daha əvvəl zədə səbəbindən 255 gün yaşıl meydanlardan uzaq qalmış