
Kloppdan Manenin gedişinə reaksiya
- 23 İyn 2022 18:00
- 449
"Liverpul"un baş məşqçisi Yurgen Klopp hücumçu Sadio Manenin komandadan ayrılmasına münasibət bildirib.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, o, "Bavariya"ya transfer olunan seneqallı oyunçu ilə bağlı deyib:
“Bu, vacib məqamdır. "Liverpul"un ən böyük oyunçularından biri ayrılır. O, dünya futbolunun ən yaxşı futbolçularından biri olduğu bir vaxtda komandanı tərk edir. Ancaq indi itirdiyimiz şeylər üzərində dayanmamalıyıq. Mane əfsanədir. O, müasir "Liverpul"un simvoludur".
Qeyd edək ki, Mane bu gün "Bavariya" ilə 3 illik müqavilə imzalayıb.