Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la “Atletiko” arasında hazırda keçirilən cavab matçının startında maraqlı hadisə yaşanıb.

Rekord.az xəbər verir ki, komandaların baş məşqçiləri Yurgen Klopp və Dieqo Simeone görüşmək üçün bir-birinə yaxınlaşıb.

Lakin onlar son anda koronavirus epidemiyasına görə əllə görüşməməli olduqlarını anlayıblar və bu an maraqlı mənzərə yaranıb. Məşqçilər dirsək-dirsəyə salamlaşıblar.



Xatırladaq ki, UEFA koronavirusa görə avrokuboklarda əllə görüşməyi qadağan edib.