Klub bütün müqavilələri ləğv etdi - Koronavirusa görə
- 13 Apr 2020 15:40
- 607
Perunun “Deportivo Koopsol” klubu koronavirus pandemiyasına görə futbolçular və işçilərlə olan müqavilələri ləğv edib.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Freddi Eyms açıqlama verib.
O, bütün futbolçuların və klubda çalışan işçilərin işdən azad olunduğunu bildirib.
Bu qərara səbəb, koronavirusa görə yerli çempionatın dayanması və klubun işçilərə məvaciblərini ödəyə bilməməsidi. Peruda çempionat yenidən bərpa olunsa, futbolçularla və işçilərlə yeni müqavilə imzalana bilər.