Klub prezidenti koronavirusa qalib gəldi
- 01 Okt 2020 22:00
- 629
Bir müddət əvvəl koronavirusa yoluxan “Napoli”nin prezidenti Aurelio De Laurentis sağalıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, Laurentisin son koronavirus testinin nəticəsinin mənfi olduğu və artıq işinə qayıtdığı bildirilib.
Daha əvvəl koronavirus testi müsbət çıxan Laurentis sentyabrın 10-dan karantində idi.