![photo](https://www.rekord.az/storage/uploads/3/riad-2.jpg)
Klub prezidenti "Sumqayıt"ın oyunundan narazı qalıb
- 26 Avq 2023 12:00
- 757
Cari mövsümə yaxşı start verən və "Səbail", "Qəbələ" kimi komandaları məğlub edən "Sumqayıt" dünən gözlənilmədən "Araz Naxçıvan"la oyunda xal itirdi.
Rekord.az xəbər verir ki, xal itkisi klubun prezidenti Riad Rəfiyevin əhvalını əməlli-başlı korlayıb.
Saytımıza daxil olan məlumata görə, klub prezidentini nəticədən daha çox, komandasının zəif oyunu narazı salıb. Xüsusilə də "Sumqayıt"In ikinci hissədəki zəif oyunu az qala onlara məğlubiyət bahasına da başa gələ bilərdi.