Klub prezidentinin istefası Messinin qərarınatəsir edəcək?
- 06 Noy 2020 13:19
- 499
“Barselona”nın kapitanı Lionel Messi klub prezidenti Xosep Bartomeunun istefasına baxmayaraq, komandanı tərk etməyi düşünür.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu növbəti yay müqaviləsi bitəndən sonra klubdan ayrılmağı istisna etmir. O, Kataloniya klubunun hazırkı heyətlə böyük uğurlar qazanacağına əmin deyil. “Mançester Siti” isə bu vəziyyətdən istifadə edərək, 33 yaşlı oyunçunu heyətinə qatmağı planlaşdırır.
Bildirilir ki, Messi kluba yeni prezident seçilməsini gözləyir və bundan sonra qərarını verəcək.
Qeyd edək ki, Messi 2003-cü ildən “Barselona”da çıxış edir. O, bu müddət ərzində 34 kubok qazanıb.