Tərlan Əhmədovun əvəzedici komandaya göndərdiyi Elvin Yunuszadə qış transfer dönəmində heç bir klubdan ciddi təklif almayıb.

Rekord.az-a daxil olan məlumata görə, müdafiəçi özü ölkə xaricinə yollanmağa cəhd etsə də, bu variant da alınmayıb.

Buna görə də yenidən "Kəpəz-2"nin düşərgəsinə qayıdıb. Yunuszadə Rauf Əliyevlə birgə, mövsümün sonuna kimi I Divizionda çıxış edib müqavilədə göstərilən məbləği alacaqlar.