Klublar A Seriyası ilə bağlı razılığa gəldilər
- 22 Apr 2020 11:41
- 527
Futbol üzrə İtaliya A Seriyasında iştirak edən klubların və təşkilat komitəsinin iştirakı ilə videokonfrans keçirilib.
Rekord.az xəbər verir ki, toplantıda koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış çempionatın taleyi ilə bağlı müzakirələr aparılıb.
Müzakirələr nəticəsində klubların böyük əksəri 2019/20 mövsümünün bərpa olunmasına səs veriblər. Lakin A Seriyası oyunlarının nə vaxt başlayacağına dair qərar daha sonra veriləcək. Bunun üçün ilk növbədə ölkədə uyğun şəraitin yaranması və İtaliya rəhbərliyinin razılığı vacib şərt kimi diqqətə çatdırılıb. Bundan başqa, futbolçular da daxil olmaqla bütün kollektivin sağlamlığını qorumaq üçün oyunların hamısı tibbi protokollara uyğun keçiriləcək.
Xatırladaq ki, daha öncə A Seriyası təmsilçilərindən “Torino”, “Sampdoriya”, “Bolonya”, SPAL, “Breşiya” və “Udineze”nin bu mövsümün ləğvinin tərəfdarı olduğuna dair xəbərlər yayılmışdı.