Azərbaycan Premyer Liqasının ləğvi gündəmə gəlib.

Rekord.az xəbər verir ki, PFL artıq bununla bağlı klublara məktub-sorğu da göndərib. 

Belə ki, klublar çempionatın davam etdirilib etdirilməməsi ilə bağlı istəklərini bu gün saat 17:00-a kimi PFL-ə bildirməlidir. Daha sonra məsələ AFFA İcraiyyə Komitəsində yekun müzakirəyə çıxarılacaq. Son durum isə belədir ki, klublar məsələ ilə bağlı iki yerə bölünüb. "Səbail", "Sumqayıt" və "Keşlə" mövsümün bərpasını istəmir. "Zirə", "Sabah", "Qəbələ" isə çempionatın davam etdirilməsinin tərəfdarıdır. "Qarabağ" və "Neftçi" isə istənilən qərarı anlayışla qarşılayacağını bildirib.