AFFA-nın təşəbbüsü ilə yaradılan Klublar Komitəsi faktiki olaraq, fəaliyyətini dayandırıb.

Rekord.az xəbər verir ki, sözügedən komitə çoxdandır bir araya gəlmir.

Heç komitə üzvləri də buna təşəbbüs göstərmir.  Deyilənə görə, bəzi klublar, ümumiyyətlə, bu komitənin fəaliyyətini mənasız sayır. Hər halda, ilin sonuna kimi bu məsələyə nöqtə qoyulacaq.