AFFA-nın təşəbbüsü və dəstəyi ilə yaradılan Klublar Komitəsi uzun müddətdir ki, fəaliyyət göstərmir.

Rekord.az-a AFFA-ya yaxın mənbədən daxil olan məlumata görə, komitə bir müddətlik fəaliyyətini dondurub.

Səbəb isə federasiyanın və eləcə də klublarının komitənin fəaliyyətinə o qədər də maraqlı olmamasıdır. "Qarabağ" və "Qəbələ", ümumiyyətlə, bu formatda komitəni mənasız sayır. "Zirə" də Klublar Komitəsinin fəaliyyətində o qədər maraqlı deyil. AFFA-ya sıx bağlı olan digər 5 klub isı məcburiyyətdən iclaslara qatılır. 2022-ci ildə komitənin, ümumiyyətlə, ləğvi də mümkündür.