Futbol üzrə Klublararası dünya çempionatında ilk yarımfinal görüşü keçirilib.

Rekord.az xəbər verir ki, Mərakeşdə təşkil olunmuş mundialda əvvəlcə Səudiyyə Ərəbistanını təmsil edən “Əl-Hilal” ilə Braziliyanın “Flamenqo” komandası qarşılaşıb.

Beş qolun qeydə alındığı bu oyunda qalib gələn “Əl-Hilal” finala yüksəlib.

Digər yarımfinal görüşü isə sabah Misirin “Əl-Əhli” və İspaniyanın “Real” (Madrid) komandaları arasında baş tutacaq.

Klublararası dünya çempionatı
Yarımfinal

7 fevral

Flamenqo (Braziliya) – Əl-Hilal (Səudiyyə Ərəbistanı) 2:3
Qol: Pedro, 20; 90+1 – Əl-Dosari, 4; 45+9-pen. Vietto, 70.

8 fevral

23:00. Əl-Əhli (Misir) – Real (İspaniya)