Klublararası dünya çempionatı başladı
- 12 Dek 2019 10:30
- 966
Futbol üzrə klublararası dünya çempionatına start verilib.
Rekord.az xəbər verir ki, turnirin ilk matçı Qətərin “Əl Sədd” klubu ilə Yeni Kaledoniya təmsilçisi “İanqen” arasında baş tutub.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda isə daha iki qol vuran “Əl Sədd” 3:1 hesablı qələbəyə sevinib.
Beləliklə, Qətər çempionu ikinci mərhələdə Meksika “Monterrey”i ilə qarşılaşacaq. Bu mərhələnin digər oyununda isə Tunisin “Esperans” klubu isə Asiya Çempionlar Liqasının qalibi “Əl Hilal” (Səudiyyə Ərəbistanı) üz-üzə gələcək.
Yarımfinalda UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə “Monterrey” - “Əl Sədd” cütünün qalibi üz-üzə gələcək. “Esperans” - “Əl Hilal” cütünün qalibi də KONMEBOL-da çempion olmuş “Flamenqo”yla (Braziliya) qarşılaşacaq.
Klublararası DÇ dekabrın 21-nə qədər davam edəcək. Turnirin həlledici görüşü Qətərin paytaxtı Dohada yerləşən “Education City” stadionunda baş tutacaq. Final görüşü ilə yanaşı, bir yarımfinal matçı və 3-cü yer uğrunda oyun da məhz “Education City” stadionunda keçiriləcək.