Futbol üzrə klublararası dünya çempionatı davam edir.

Rekord.az xəbər verir ki, bu gün turnirin yarımfinalçıları bəlli olub.

Belə ki, Qətərin Qətərin “Əl Sədd” klubu Meksika “Monterrey”i ilə qarşılaşıb. Meksika təmsilçisi 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Bu mərhələnin digər oyununda Tunisin “Esperans” klubu “Əl Hilal” (Səudiyyə Ərəbistanı) ilə üz-üzə gəlib. Tunis təmsilçisi bu oyunda minimal hesabla (1:0) qalib gəlməklə sonuncu yarımfinalçı olub.

Beləliklə, yarımfinalda UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə “Monterrey” üz-üzə gələcək. Bu oyun dekabrın 18-də baş tutacaq. Bundan bir gün öncə isə “Əl Hilal” KONMEBOL-da çempion olmuş “Flamenqo”yla (Braziliya) qarşılaşacaq. Dekabrın 17-də həm də “Əl Sədd” ilə “Esperans” 5-ci yer uğrunda mübarizə aparacaq.

Klublararası DÇ dekabrın 21-nə qədər davam edəcək. Turnirin həlledici görüşü Qətərin paytaxtı Dohada yerləşən “Education City” stadionunda baş tutacaq. Final görüşü ilə yanaşı, bir yarımfinal matçı və 3-cü yer uğrunda oyun da məhz “Education City” stadionunda keçiriləcək.