Bu ilin fevralında Qətərdə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə 1/4 final, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

UEFA Çempionlar Liqasının son qalibi olan Almaniyanın "Bavariya" klubu mübarizəyə yarımfinaldan başlayacaq. Həmçinin Libertadores Kubokunun qalibi (Braziliyanın "Palmeyras" və ya "Santos" klubu) də birbaşa bu raunda vəsiqə qazanacaq.

Klublararası dünya çempionatı
1/4 final

4 fevral

Tiqres (Meksika) - Ulsan (Cənubi Koreya)

Əl-Duhail (Qətər) - Əl-Əhli (Misir)

Yarımfinal
7 fevral

Libertadores kubokunun qalibi - Tiqres/ Ulsan cütünün qalibi

8 fevral

Bavariya - Əl-Duhail/Əl-Əhli cütünün qalibi

Final
11 fevral