Qadın voleybolçular arasında klublararası dünya çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, turnirin qalibi İtaliyanın "Conegliano" klubu olub.

Yarışın finalında İtaliya klubu Çinin "Tianjin Bohai Bank" kollektivi ilə qarşılaşıb. Həlledici oyunda 3:0 hesabı ilə qalib gələn "Conegliano" bununla növbəti dəfə dünya çempionu adını qazanıb. Komanda bundan əvvəl daha iki dəfə mundialın qalibi olub.

Bürünc medalı isə üçüncülük uğrunda görüşdə Braziliyanın "Praia Clube" klubunu quru hesabla məğlub edən İtaliyanın digər təmsilçisi "Vero Volley" qazanıb.

Final matçından sonra dünya birinciliyinin ən yaxşı oyunçuları da bəlli olub.

Mundialda şəxsi mükafat qazanan oyunçular:
   MVP: İsabella Haak
   Ən yaxşı oyunqurucu: Asia Wolosz
   Ən yaxşı diaqonal hücumçu: İsabella Haak
   Ən yaxşı hücumçular: Li Yingying, Zhu Ting
   Ən yaxşı orta oyunçular: Hena Kurtagić, Sarah Fahr
   Ən yaxşı libero: Liu Liwen