Xəbər verdiyimiz kimi, oktyabrın 17-dən AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqaların 2020/2021 mövsümünün başlanılması nəzərdə tutulsa da sonradan 17, 18, 19, 20, 21, 22, 23 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan bütün liqaların oyunları təxirə salınıb.  Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Oyunların keçiriləcəyi tarixlər barədə əlavə məlumat yerləşdiriləcək.

 

Rekord.az xəbər verir ki, liqaların dayandırılması Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkəmizdə son günlərdə koronavirusa yoluxanların sayının kəskin artmasına görə orta təhsil müəssələrində dərslərin dayandırılması ilə bağlı qərarına görədi.

Əldə etdiyimiz məlumata görə, məhz bu qərardan sonra klublar futbol akademiyaların fəaliyyətinə də fasilə verməyi qərara alıb. Belə ki, əksər klublar aşağı yaş qruplarından ibarət komandalarını noyabrın 2-ə kimi tətilə buraxıb.