Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi
- 10 Avq 2020 15:20
- 1040
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən və Bakı vaxtı ilə saat 15:00-da başlayan mərasimdə Azərbaycanın turnirdəki təmsilçilərinin də rəqibləri müəyyənləşib.
Təmsilçilərimizdən “Neftçi” “Şkupi” (Şimali Makedoniya) ilə qarşılaşacaq, “Keşlə” isə Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək
Səpələnməmişlər səbətindəki “Sumqayıt” Şimali Makedoniyanın “Şkendiya” klubuna rəqib olub.
Hər 3 təmsilçimiz oyunlarını doğma meydanda keçirəcək.
1-ci təsnifat mərhələsinin oyunları avqustun 27-də keçiriləcək.
Avropa Liqası
2020/21 mövsümü, 1-ci təsnifat mərhələsi
“Neftçi” (Azərbaycan) – “Şkupi” (Şimali Makedoniya)
“Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya)
“Sumqayıt” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya)