Azərbaycan Premyer Liqa klubları 2021/22 mövsümünün transfer çalışmalarına başlayıb.

Rekord.az xəbər verir ki, bu gün açılacaq yay transfer pəncərəsi sentyabrın 1-də bağlanacaq.

Klubların ən son transfer yeniliklərini təqdim edirik:

 

 

“Neftçi”

Gələn:
 Sezar Meza Kolli, Cabir Əmirli ("Sumqayıt": icarədən qayıdıb)
Gedənlər: Ahmed Ahmedov (MOİK, Bolqarıstan: icarə müddəti başa çatıb), Rəhman Hacıyev, Turan Vəlizadə (hər ikisi "Keşlə": icarəyə), Rener Alves, Keysuke Honda
Müqavilə müddətini uzadanlar: Ömər Buludov, Fəhmin Muradbəyli, Mamadu Mbodj, Rəhman Hacıyev, Turan Vəlizadə, Mirabdulla Abbasov

“Qarabağ”

Gələnlər
: Ruslan Hacıyev ("Səbail": icarədən qayıdıb), Kadi Borqes ("Vilafranquense", Portuqaliya)
Gedənlər: Rafael Məhərrəmli ("Keşlə"), Hacıağa Hacılı ("Zirə": icarəyə), Mahir Emreli ("Legiya", Polşa)
Müqavilə müddətini uzadan: Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Qara Qarayev, Abbas Hüseynov, Rahil Məmmədov, Toral Bayramov

“Sumqayıt”

Gələn:
 yoxdur
Gedənlər: Mehdi Cənnətov ("Zirə"), Mehdi Şərifi, Cavid İmamverdiyev, Cabir Əmirli (icarə müddəti bitib)
Müqavilə müddətini uzadan: Ayxan Abbasov (baş məşqçi), Vurğun Hüseynov, Murad Xaçayev, Elvin Məmmədov, Vüqar Mustafayev

“Zirə”

Gələnlər
: Təmkin Xəlilzadə ("Sabah"), Mehdi Cənnətov ("Sumqayıt)
Gedənlər: Elvin Camalov ("Sabah"), Kərim Diniyev, Lazar Corceviç, Ruslan Qurbanov, Tural Bayramlı, Klesio Bauk, Rodriqo Bonqonqui, Mateus Albino
Müqavilə müddətini uzadan: Ağabala Ramazanov, David Volkov

“Sabah”

Gələn:
 Elvin Camalov ("Zirə")
Gedənlər: Təmkin Xəlilzadə ("Zirə"), Elçin Mustafayev ("Keşlə": icarəyə), Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Ruslan Abışov
Müqavilə müddətini uzadanlar: Ramin Quliyev (baş məşqçi), Saşa Stamenkoviç, Zurab Oçiqava, Xulio Sezar Rodriges

“Keşlə”

Gələnlər:
 Rəhman Hacıyev, Turan Vəlizadə (hər ikisi "Neftçi": icarəyə), Elçin Mustafayev ("Sabah": icarəyə). Merab Qiqauri
Gedənlər: Vüsal İsgəndərli, Sezar Meza Kolli
Müqavilə müddətini uzadan: Şəhriyar Əliyev, Azər Salahlı, Rəhman Hacıyev, Turan Vəlizadə, Tərlan Quliyev, Tural Axundov, Kamal Bayramov, İlkin Qırtımov, Miyusko Boyoviç, Rail Məlikov, Ruslan Əmircanov, Stanislav Namaşko, Rafael Məhərrəmli

“Qəbələ”

Gələn
: Ürfan Abbasov
Gedənlər: Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev, Ceyms Adeniyidir.

Müqavilə müddətini uzadan: Asif Məmmədov

“Səbail”

Gələn:
 yoxdur
Gedənlər: Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze, Ali Sisey, Ürfan Abbasov
Müqavilə müddətini uzadan: Aftandil Hacıyev (Baş məşqçi), Elxan Əhmədov, Şahin Çəkiyev, Ədilxan Qəhrəmanov.