Premyer Liqa klubları futbolçularından koronavirus testi götürməkdə davam edir. Təşəbbüs isə AFFA-dan gəlib.

"Rekord.az"-ın əldə etdiyi məlumata görə, test üçün lazım olan bütün xərcləri də klublar özləri yox, məhz federasiya qarşılayıb.

AFFA bunun üçün 100 min manata yaxın vəsaitindən keçib.

Maraq üçün deyək ki, Azərbaycanda koronavirus testi burundan yaxma yolu ilə götürülür və qiyməti təxminən 1 nəfər üçün 100-150 manat civarındadır.