Klubların Qəbələyə gedişi mümkün deyil
- 11 İyn 2020 14:00
- 762
Bəzi klublar həftəsonu məşq keçmək üçün Qəbələyə getməyi planlaşdırırdı. Bu da səbəbsiz deyil. Çünki həftəsonu yenə də iki günlük məcburi qadağa olacaq, həyat dayanacaq. Təbii ki, komandalar da məşqdən məhrum olacaq. Bakıdan fərqli olaraq, Qəbələdə belə bir qadağa olmayacaq.
Lakin Rekord.az xəbər verir ki, məsələnin ikinci bir tərəfi də var.
Bu da Bakıdan rayonlara gediş-gəliş qadağasının rəsmi olaraq ləğv olunmamasıdır. Yəni komandalar istəsələr də Qəbələyə gedişləri real görünmür. AFFA da bu işdə klublara kömək edə bilməyəcəyini bildirib.