Klubu aldı, 126 kiloluq oğlunu transfer etdi
- 19 May 2021 16:00
- 600
Çinli iş adamı He Şihua 2-ci Liqa klubu "Zibo Kuju"nu satın alandan sonra misli görülməmiş hərəkəti ilə gündəmə gəlib.
Rekord.az xəbər verir ki, o, öz oğlunu komandanın hücumçusu edib.
Maraqlısı isə budur ki, He Şihuanın övladının düz 126 kiloqram çəkisi var. Rəhbər şəxs oğlunu "Şixuan Jiunu" ilə matçın 90-cı dəqiqəsində meydana daxil edib.
Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb. "Zibo Kuju" 5 matça cəmi 1 xal toplayıb.