Xəbər verdiyimiz kimi, qış fasiləsi yaranar-yaranmaz Yevgeni Koçuk “Sabah”ı tərk etdi.

Rekord.az xəbər verir ki, bununla bağlı müxtəlif versiyalar səslənsə də əslində gedişin səbəbi çox sadədir.

Belə ki, baş məşqçi Visente Qomes sözügedən futbolçunun oyunundan narazı qalıb. Eyni zamanda onu öz oyun sxemina uyğun hesab etməyib. Buna görə də onun göndərilməsinə qərar verilib.