Braziliyanın “San Paulo” klubunun keçmiş futbolçusu Flavio Donisete narkotik maddə almaq üçün Klublararası dünya çempionatında qazandığı qızıl medalı satıb.

Rekord.az xəbər verir ki, kokain aludəçisi olan Flavio, bu səbəbdən karyerasını bitirmişdi. Braziliya mətbuatına danışan Flavio, kokain almaq üçün medalını satdığını etiraf edib:

“Klublararası dünya çempionatında qazandığım qızıl medalı kokain almaq üçün satdım. Hardasa üç min avroya satmışdım. Gələn pulun hamısına da kokain aldım. Kokainə başladıqdan sonra hər şeyimi itirdim. Əvvəlcə az istifadə edirdim, ancaq sonra aludəçisi oldum. Səhər, günorta, axşam… Dayanmadan kokaindən istifadə edirdim. Bütün bunlara baxmayaraq, hər zaman yanımda olan həyat yoldaşıma və qızlarıma təşəkkür edirəm. Onlardan başqa, hər şeyimi itirdim”.

“San Paulo” 2005-ci ildə Klublararası dünya çempionatında “Liverpul”u 1:0 hesabıyla məğlub edərək, çempion olmuşdu.