Kolumbiya millisinin kapitanı Xames Rodriges ABŞ-də təşkil olunan Amerika Kubokunda yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, 32 yaşlı futbolçu buna yarımfinalda Uruqvay yığmasına qalib gəldikləri (1:0) matçda məhsuldar ötürmə verməklə nail olub.

Hazırkı yarışda assistlərin sayını altıya çatdıran yarımmüdafiəçi bir turnirdə bu rəqəmə çatan ilk oyunçudur.

Kolumbiya millisi finalda Argentina ilə üz-üzə gələcək. İyulun 15-də gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.