İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Sampdoriya” klubundan Ceyson Murilyonu icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kolumbiya yığmasının 28 yaşlı üzvü satınalma şərti ilə bir illik icarəyə götürülüb.

Qeyd edək ki, Murilyo ötən mövsümün ikinci yarısını da icarə əsasında “Selta”da keçirmişdi. O, karyerası ərzində “Qranada”, “Kadis”, “Las Palmas”, “İnter”, “Valensiya”, “Barselona” və “Sampdoriya” kimi klublarda forma geyinib.