“Komanda istədiyimizin 70 faizini verdi” - Arif Əsədov
- 25 Mar 2024 23:00
- 209
Azərbaycan millisinin məşqçisi Arif Əsədov "FIFA series - Edition 2024" layihəsində Bolqarıstan seçməsi ilə oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Maraqlı oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı. Oyunçular meydana istəkli çıxmışdılar. Bir neçə epizodlardan yararlana bilmədik. Komanda iki görüşdə istədiyimizin 70 faizini verdi".
Əsədov hakimlər haqqında çox danışmaq istəməyib: "Sanki bəzi epizodlarda əleyhimizə qərar verildi. Belə hallar komandanı bərkidir. Bu qısa müddətdə istədiklərimi futbolçulara çatdırmaq əsas idi.
Gələcəyə ümidlə baxırıq. Yığmaya cəlb etdiyimiz yeni oyunçular da özlərini yaxşı tərəfdən göstərə bildilər".