Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza
- 14 Noy 2019 10:31
- 763
“Mançester Siti”nin futbolçusu Bernardo Silva sosial şəbəkə hesabında komanda yoldaşı Benjamin Mendiyə etdiyi zarafata görə cəza alıb.
Rekord.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası portuqaliyalı oyunçunu irqçilikdə ittiham edərək 1 oyunluq cəza kəsib. Bundan əlavə, Bernardo Silva 50 min funt-sterlinq məbləğində cərimə də ödəyəcək.
Xatırladaq ki, Bernardo Silva sentyabrın 22-də “Tvitter”də Benjamin Mendinin uşaqlıq şəklini və bir şokolad markasının maskotunu paylaşaraq, izləyicilərinə “kim olduğunu təxmin edin” sualını ünvanlamışdı. Amma bu addımına görə ciddi təzyiqlərlə üzləşən futbolçu həmin paylaşımını silmək məcburiyyətində qalmışdı.