Pol Poqba “Manester Yunayted”i tərk etmək istəyir.

Rekord.az xəbər verir ki, Poqba bu istəyini bir neçə dəfə bildirib. O, bu barədə komanda yoldaşlarına da məlumat verib.

Maraqlıdır ki, “Mançester Yunayted”in futbolçuları da onun komandadan getməsini istəyirlər. futbolçular hesab edirlər ki, Poqbanın komandada olması əhval-ruhiyyəni pozur.

O, komandada qalmaq istəmədiyi üçün paltardəyişmə otağında da neqativ əhval yaradır. Ona görə də MY-nin futbolçuları onun komandadan tezliklə göndərilməsinin tərəfdarıdırlar.

Poqba MY-də 2016-cı ilin yayından çıxış edir. “Qırmızı şeytanlar” onu “Yuventus”dan 105 milyon avroya transfer etmişdilər. Yanvarda əməliyyat olunan Pol, hazırda bərpa prosesi keçir.