“Komandalar arasında səviyyə fərqi aşkar görünürdü”
- 21 Avq 2024 21:40
- 143
Bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Sparta Belfast” komandası ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə (7:1) qazanıb.
Rekord.az xəbər verir ki, oyunla bağlı təmsilçimizin baş məşqçisi Vitali Borisov bunları deyib:
“Qol epizodlarımız çox olsa da, hamısını reallaşdıra bilmədik. Komanda tapşırıqların hardasa 70 faizini yerinə yetirə bildi. Çətinlik çəkməyimizin səbəbi parketlə bağlı ola bilər. Çünki biz sürətli oyuna üstünlük veririk. Bu örtükdə isə top demək olar, zəif sürətlə hərəkət edir. Bu hər iki komandaya çətinlik yaradan amil idi. İkinci hissədə daha çox epizod realizə etməyi bacardıq. Hesab daha fərqli ola bilərdi. Komandalar arasında səviyyə fərqi aşkar görünürdü. Əlbəttə, təvazükarlıqdan uzaq olsa da, deməliyəm ki, “Araz-Naxçıvan” daha güclü, baxımlı oyun nümayiş etdirdi.
Bu qələbə hələ heç nəyi həll etmir. Daha 2 vacib oyunumuz var. Artıq onlar haqda düşünməliyik”.