Olimpiya oyunlarının seçmə mərhələsində çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan yığması kapitanının adı bəlli olub. "Rekord.az" xəbər verir ki, komandamızı meydana Ayşən Abduləzimova çıxaracaq.

Təcrübəli blokçumuz bununla yığmada ikinci dəfə kapitan vəzifəsini daşıyacaq. Odina Əliyeva zədə səbəbindən yarışda iştirak etmədiyinə görə millimizin kapitanı Ayşən seçilib.

Qeyd edək ki, komandamız A qrupunda yer alıb. Rəqiblərimiz meydan sahibi Niderlandla yanaşı, Polşa və Bolqarıstandan kollektivləridir.