"Ordu"nun basketbolçusu Ramazan Qarayev klubun mətbuat xidmətinə açıqlama verib.


Rekord.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasında arxada qalan 9 turu dəyərləndirib:


"Geridə qalan oyunlara baxsaq, komandamızın püxtələşdiyini deyə bilərəm. Düzdür, məğlubiyyətlərimiz də olub. Amma həmin matçlardakı səhvlərimizi görmüşük və onların təkrarlamamağa çalışırıq. Komandanın motivasiyası, əzmkarlığı getdikcə güclənir. Hətta uduzduğumuz qarşılaşmalarda belə oyunçularımızın qələbə qazanmaq istəyi çox yüksək olub. Qarşıda bizi uzun marafon gözləyir. Məğlubiyyət də ola bilər, qələbə də. Əsas odur ki, qarşımıza qoyduğumuz məqsədə çataq. Fikrimcə, buna nail olacağıq”.


Qeyd edək ki, "Ordu" Azərbaycan Basketbol Liqasının B qrupunda 15 xalla birinci sırada qərarlaşıb.