Komandası qalib gəldi, Cəlal Hüseynov…
- 23 Sen 2023 19:00
- 415
Bolqarıstan çempionatında 10-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Hebar”la qarşılaşıb və inamlı qələbəyə sevinib – 3:1.
Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Arda” hazırda 16 xalla 6-cı pillədə qərarlaşıb.