Milli Basketbol Assosiasiyasının pley-off finalında qələbəni qeyd edən “Los-Anceles Leykers” komandasının onlarla azarkeşi saxlanılıb.

Rekord.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Ümumilikdə komandanın 67 azarkeşi saxlanılıb. Polis azarkeşlərin çempionluğu qeyd etməsini koronavirus pandemiyası zamanı qanunsuz toplantı kimi qiymətləndirib.