Komandasının oyununu izləmək üçün kran icarəyə götürdü FOTO
- 12 İyn 2020 14:19
- 550
"Şlyonsk"un azarkeşi komandasının Polşa Premyer Liqasının 29-cu turunda "Visla Plotsk"la matçı canlı izləmək üçün etdiyi hərəkətlə diqqət çəkib.
Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, komandasını səfər görüşündə dəstəkləmək üçün kran icarəyə götürüb. Azarkeş oyuna 22 metr hündürlükdən baxıb.
Qeyd edək ki, qarşılaşma "Şlyonsk"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, koronavirus səbəbindən Polşada matçlara azarkeşlər buraxılmır.