Köməkçisi açıqlama verdi: "Avcı AFFA-dan təklif almışdı"
- 02 Mar 2020 20:00
- 762
Abdullah Avcının ”Başakşəhər”də çalışarkən köməkçisi olmuş Sərhat Gülpınar Türkiyə mətbuatına açıqlama verib.
Rekord.az xəbər verir ki, o, təcrübəli mütəxəssisin AFFA-dan təklif aldığını təsdiqləyib:
“Abdullah Avcı ilə “Beşiktaş”dan ayrılandan sonra görüşmüşdük. O, mövsümün sonuna qədər istirahət emtək istəyir. Avcı Azərbaycan milli komandasını çalışdırmaq üçün AFFA-dan təklif almışdı. Ancaq dediyim səbədən danışıqlar uğursuz nəticələndi”.
53 yaşlı mütəxəssis mövsümə "Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanmışdı.