Belçika yığmasının sabiq yarımmüdafiəçisi Vensan Kompani futbolçu karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, son olaraq “Anderlext”də oynayan məşqçi kimi çıxış edən Kompani, 34 yaşında karyerasını bitirməyə qərar verib.

Bu barədə “Anderlext”in rəsmi saytı məlumat yayıb. Səhhəti ilə əlaqədar karyerasını bitirən futbolçu bundan sonra sözügedən klubda baş məşqçi kimi çalışacaq. Kompani ilə yeni 4 illik müqavilə imzalanıb.

Belçikalı müdafiəçi məhz “Anderlext”in yetirməsidir. O, 2003-cü ildən 2006-ya qədər bu klubun uğurları üçün çalışdıqdan və iki çempionluq yaşadıqdan sonra “Hamburq”a transfer olunub. 2008-ci ildə isə onu “Mançester Siti” heyətinə qatıb. Bu klubda 11 il forma geyinmiş futbolçu 4 dəfə İngiltərə çempionu olub. O, ötən il oynayan məşqçi kimi “Anderlext”ə qayıtmışdı. Kompani karyerası ərzində 532 oyuna çıxıb, 31 qola imza atıb.