Futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Rekord.az xəbər verir ki, bu gün ilk üç cavab görüşü keçirilib.

Albaniya “Teuta”sı səfərdə Andorranın “İnter Eskaldes” klubuna böyük hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib. “Torshavn” da səfərdə “Buduçnost”u üstələyib. Malta “Hibernians”ı isə evdə “Folqore” komandasından güclü olub.

Mərhələnin digər oyunları iyulun 29-da keçiriləcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları

27 iyul

İnter Eskaldes (Andorra) – Teuta (Albaniya) 0:3 (ilk oyun 2:0)

Buduçnost (Monteneqro) – Torshavn (Farer adaları) 0:2

Hibernians (Malta) – Folqore (San Marino) 4:2