![photo](https://www.rekord.az/storage/uploads/4/konfrans.jpeg)
Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşdi
- 24 İyl 2023 16:30
- 271
Azərbaycan klublarının Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, "Sabah" 2-ci raundda Latviyanın RFS komandasını keçsə, Serbiya "Partizan"ı ilə qarşılaşacaq.
"Neftçi" 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina "Jelezniçar"ını mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.
Nəhayət, "Qəbələ" Kipr "Omoniya"sını məğlub etsə, 3-cü raundda "Midtyulland" (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq. "Sabah" və "Qəbələ" ilk matçlarını evdə, "Neftçi" isə səfərdə keçirəcək.